Ana Sayfa > İdman > Azərbaycanda Formula 1 başa çatır? - AÇIQLAMA
Azərbaycanda Formula 1 başa çatır? - AÇIQLAMADünən, 20:44. Yazar: vasif |
![]() İstanbul Formula 1 üzrə dünya çempionatının mərhələ yarışlarına yenidən ev sahibliyi edəcək. Beşillik razılaşma ilə Formula 1 trası yenidən Türkiyədə qurulacaq. aia.Az xəbər verir ki, bununla bağlı Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti açıqlama yayıb. Qeyd edilib ki, Türkiyə Qran-Prisi 2027-ci ildən etibarən ən azı 5 il müddətinə Formula 1 təqviminə qayıdır. Sözügedən məlumatlar səhvən Azərbaycanda Formula 1-in başa çatması kimi başa düşülüb. Bakı Şəhər Halqasının mətbuat katibi Arzu Hüseynova Ölkə.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Türkiyənin Formula 1 təqviminə daxil edilməsi Bakıda keçiriləcək yarışlarla əlaqəli deyil. Azərbaycanla Formula 1 arasında müqavilənin müddətinin 2030-cu ilədək uzadıldığını xatırladan sözçü növbəti bir neçə ildə də Azərbycan Qran-prisinin baş tutacağını söyləyib. Geri dön |