E L A N
Tarix: 02-02-2026 | Saat: 15:00
Bölmə:Özəl / İqtisadiyyat | çapa göndər

“AzRe Təkrarsığorta” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının nəzərinə!
“AzRe Təkrarsığorta” ASC-nin İdarə Heyətinin sədri Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 107-1-ci maddəsinin tələblərini rəhbər tutaraq Cəmiyyətin bütün səhmdarlarının nəzərinə çatdırır ki, Cəmiyyətin Direktorlar Şurasının 02 fevral 2026-cı il tarixli qərarına əsasən 04 mart 2026-cı il tarixində, saat 11:00-da Cəmiyyətin Bakı şəhəri, A.Bakıxanov küçəsi 6 ünvanında yerləşən “Bridge Plaza”nın 5-ci mərtəbəsindəki ofisində “AzRe Təkrarsığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir. Səhmdarların 04 mart 2026-cı il tarixində keçiriləcək növbədənkənar ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. Cəmiyyətin Direktorlar Şurasının müstəqil üzvünün səlahiyyətinə xitam verilməsi və Direktorlar Şurasının digər üzvlərinin təyin edilməsi;
2. Cəmiyyətin mənfəətinin və “Qala Həyat” Sığorta Şirkəti ASC tərəfindən ödənilmiş dividendlərin səhmdarlar arasında bölüşdürülməsi.
Səsvermə hüququna malik olan səhmdarların yekdil razılığı ilə səhmdarların növbədənkənar ümumi yığıncağı gündəliyə daxil edilməmiş məsələləri də müzakirə edə və onlara dair qərarlar qəbul edə bilər.
Səhmdarlar növbədənkənar ümumi yığıncağın gündəliyi üzrə materiallarla iclasın keçirilmə tarixə qədər Cəmiyyətin yuxarıda qeyd olunan ünvanda yerləşən ofisində tanış ola və öz təkliflərini verə bilərlər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər