Mobil versiya
Novruzəli Aslanov onlayn formatda növbəti qəbul keçirib -Fotolar
Tarix: 16-04-2026 | Saat: 12:48
Bölmə:Gündəm / Özəl | çapa göndər

Novruzəli Aslanov onlayn formatda növbəti qəbul keçirib

Milli Məclisin deputatı Novruzəli Aslanov 16 aprel 2026-cı il tarixində İsmayıllıdan olan seçicilərlə “online” rejimində görüşüb.

aia.az xəbər verir ki, video-formatda qəbulun keçirilməsi üçün texniki cəhətdən keyfiyyətli bağlantının yaradılması məqsədilə millət vəkilinin Bakı və İsmayıllı ofislərində müvafiq avadanlıqlar quraşdırılıb. Vətəndaşlarla canlı ünsiyyət qurmaq üçün işgüzar şərait yaradılıb.

Qəbul zamanı İsmayıllı sakinlərini narahat edən bir sıra sosial yönümlü məsələlər və şəxsi müraciətlər deputatın diqqətinə çatdırılıb. Novruzəli Aslanov vətəndaşlar tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alıb və onların həlli məqsədilə müvafiq addımların atılacağını bildirib.

Deputat Novruzəli Aslanovun “online” rejimində keçirdiyi qəbulda iştirak edən İsmayıllı şəhər sakinləri və rayon ictimaiyyətinin nümayəndələri cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya İsmayıllı rayonuna göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2026