Qərbi Azərbaycan həqiqətləri Türk dünyasının kitabxanalarında: Oşdan gələn ehtiram məktubu
Tarix: 15-04-2026 | Saat: 11:09
Bölmə:Karusel / Manşet / Özəl / Qərbi Azərbaycan | çapa göndər

Türk dünyasının mənəvi coğrafiyası bu gün tarixin ən möhtəşəm inteqrasiya dövrünü yaşamaqdadır. Altaylardan Balkanlara qədər uzanan o nəhəng ruh körpüsü, sarsılmaz tellərlə yenidən bərpa olunur. Bu müqəddəs birliyin mərkəzində isə təkcə siyasi iradə deyil, həm də sümük yaddaşımızdan süzülüb gələn ortaq dil, ortaq mədəniyyət və ortaq ağrılarımız dayanır. Bu mənəvi birliyin ən parlaq təzahürlərindən biri kimi, bu günlərdə Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili, tanınmış alim Əziz Ələkbərliyə Qırğızıstanın qədim mədəniyyət ocaqlarından olan Oşdan ünvanlanan rəsmi təşəkkür məktubu, əslində bir millətin bir-birinə olan qədim ehtiramının çağdaş sədasıdır.

Bu uğurlu nəticənin təməli, bir müddət əvvəl qardaş Türk dövlətlərindən gələn bir qrup şair və yazıçının Azərbaycana səfəri zamanı, Bakının qəlbində — Qərbi Azərbaycan İcmasında qoyulmuşdu. İstefada olan polkovnik, Amasiya rayon İcmasının sədr müavini Elmar Hüseynovun böyük fədakarlıqla təşkil etdiyi bu görüşlər, sadə bir diplomatik qəbul deyil, əsrlərin həsrətini bitirən bir doğmalıq ayini idi. Görüşdə İcma sədri Əziz Ələkbərli qonaqlara Qərbi Azərbaycanın — o qədim Oğuz yurdunun tarixi, mədəniyyəti və soydaşlarımızın məruz qaldığı amansız deportasiyalar barədə danışarkən, sanki tarixin tozlu səhifələri canlanır, hər kəs öz əcdadının səsini eşidirdi.

Həmin görüşün ən möcüzəvi tərəfi isə dilimizin sarsılmaz gücü idi. Masa arxasında əyləşən hər bir ziyalı — azərbaycanlı, qırğız, özbək, qazax — öz ana dilində danışır, lakin heç bir tərcüməçiyə, heç bir vasitəçi dilə ehtiyac duymadan bir-birini ürəkdən anlayırdı. Bu, "Dildə, fikirdə, işdə birlik" şüarının canlı mənzərəsi idi. Məhz o məqamda Türk dünyasının ziyalıları ortaq türk əlifbasının tezliklə yaradılmasının nə qədər həyati bir zərurət olduğunu bir daha uca səslə bəyan etdilər. Bildirildi ki, vahid əlifba bizim ruhumuzun və gələcəyimizin ortaq açarıdır; o açar ki, bütün türk dövlətlərini bir-birinə mənəvi olaraq qopmaz şəkildə bağlayacaqdır. Görüşün ab-havasını daha da sehirləndirən isə özbək şairə-müğənnisi Dilnoza Əzizin bir neçə türk ləhcəsində ifa etdiyini mahnılar oldu. Onun səsi sanki qədim qopuzların sədası ilə birləşib otağa yayıldıqca, hamı eyni duyğunu yaşayırdı: biz birik, biz eyni kökün budaqlarıyıq.

Görüşün sonunda Əziz Ələkbərli qonaqlara araşdırmaçı-tarixçi Səbuhi Hüseynovla müştərək əməyi sayəsində ərsəyə gələn fundamental "Heritage of Western Azerbaijan" (Qərbi Azərbaycan İrsi) adlı tədqiqat əsərini hədiyyə etdi. Bu kitab sadəcə bir nəşr deyil, bir xalqın tapdanmış haqlarının elmi manifesti idi. Nümayəndə heyətinin tərkibində olan tanınmış qırğız şairi Bazarbay Borbuyev bu mənəvi yükü böyük bir məsuliyyətlə öz vətəninə aparacağını bildirmişdi.
O, vəd etdiyi kimi, Qərbi Azərbaycanın haqq səsini Oşun dağlarına, Qırğızıstanın elmi mühitinə daşıdı. Bazarbay Borbuyevin səmimi təşəbbüsü ilə həmin dəyərli əsər və digər kitablar T. Satılqanov adına Oş Vilayət Kitabxanasına təqdim edilmiş və bu addım türk birliyinə verilən ən böyük töhfələrdən biri kimi tarixə düşmüşdür.

Bu nəcib missiyanın rəsmi təsdiqi olaraq, Qırğızıstan Respublikasının Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyinə bağlı T. Satılqanov adına Oş Vilayət Kitabxanası tərəfindən 14.04.2026-cı il tarixində millət vəkili. Qərbi Azərbaycan İcamsı İdarə Heyətinin sədri Əziz Ələkbərliyə ünvanlanmış həmin təşəkkür məktubunda deyilir:
"Azərbaycanlı alim, filologiya elmləri doktoru, dosent, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əziz Ələkbərov cənablarına!
Iraazıçılık kat (Təşəkkür məktubu)
Sizin tərəfinizdən “HERITAGE OF WESTERN AZERBAIJAN” (“Qərbi Azərbaycanın irsi”) adlı dəyərli kitabın T. Satılqanov adına Oş Vilayət Kitabxanasının fonduna hədiyyə edilməsi münasibətilə Sizə dərin minnətdarlığımızı bildiririk.
Bu əmək kitabxanamızın kitab fondunu zənginləşdirəcək, oxucuların bilik almasına geniş imkanlar yaradacaq, həmçinin böyüməkdə olan gənc nəslin mənəvi və intellektual inkişafına böyük töhfə verəcəkdir.
Sizə möhkəm cansağlığı, uzun ömür, yaradıcılıq uğurları və gələcəkdə daha məhsuldar fəaliyyət arzulayırıq.
Direktor: D.S. Bapiyeva"

Bu məktub bir daha sübut edir ki, elmi həqiqət və millətin haqq davası sərhəd tanımır. Əziz Ələkbərli və Səbuhi Hüseynovun gərgin əməyi, Bazarbay Borbuyevin qardaşlıq vəfası və Türk ziyalılarının birliyi bu gün Qərbi Azərbaycanı bütün Türk dünyasının doğma yurduna çevirib.
Qərbi Azərbaycan həqiqətlərinin bu cür elmi və bədiiliklə yoğrulmuş fəaliyyətlərlə türk dünyasına yayılması, gələcək qələbələrimizin mənəvi pasportudur. Oşdan gələn o məktub sadəcə bir kağız parçası deyil, Turan ellərinin bir-birinə uzanan qardaş əlidir.
Amasiya rayon İcmasında və Qərbi Azərbaycan İcmasının mərkəzi ofisində baş tutan o unudulmaz görüşlər, vahid əlifba və vasitəsiz anlaşma arzusu bu gün uzaq Oşdan gələn bu ehtiram sədası ilə daha da qüvvətlənir. Bizim yolumuz birdir, tariximiz birdir və gələcəyimiz bütöv, vahid Türk Dünyasıdır!
Şəmsi Qoca
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-04-2026
16-04-2026