Yaponiya və Fransa Hürmüz Boğazı və İran Münaqişəsində Əməkdaşlığı Gücləndirməyə Razılaşdı
Tarix: 01-04-2026 | Saat: 16:09
Bölmə:Özəl | çapa göndər

Yaponiya Baş Naziri Sanae Takaichi və Fransa Prezidenti Emmanuel Macron çərşənbə günü keçirdikləri görüşdə ABŞ-İsrail və İran arasındakı müharibənin sona çatdırılması və Hürmüz Boğazının neft və qaz tankerlərinə yenidən açılması üçün əməkdaşlığı gücləndirmək barədə razılığa gəldiklərini bildiriblər.
Takaichi Tokioda keçirdiyi mətbuat açıqlamasında, “Beynəlxalq vəziyyət çox çətin olduğundan, Yaponiya və Fransanın liderlərinin şəxsi əlaqələrini dərinləşdirməsi və əməkdaşlığımızı daha da gücləndirməsi böyük əhəmiyyət daşıyır” ifadəsini işlədib.
Orta Şərqdə davam edən münaqişə artıq beşinci həftəsinə çatıb və Yaponiya, Fransa və digər ölkələr artan enerji xərcləri ilə üzləşirlər. Dünyanın təxminən beşdə bir neft və maye qaz ticarətinin keçdiyi bu keçidin açılmaması, yanacaq məhsulları çatışmazlığına səbəb ola bilər.
Yaponiya adətən neft ehtiyacının 90%-ni Orta Şərqdən təmin edir və iqtisadi zərbəni yüngülləşdirmək üçün ehtiyat neftdən istifadə etməyə başlayıb.
Macron isə Takaichi ilə birlikdə keçirdiyi mətbuat konfransında Hürmüz Boğazında gəmiçilik azadlığının bərpasına ehtiyac məsələsində eyni mövqedə olduqlarını bildirib. Fransa münaqişə bitdikdən sonra su yolunun yenidən açılması missiyası üçün bir çox ölkələrlə danışıqlar aparıb. Yaponiya isə mina təmizləyici gəmilərin göndərilməsini nəzərdən keçirə biləcəyini, lakin hər hansı rolu konstitusiyası çərçivəsində məhdud olacağını açıqlayıb.
Hər iki lider həmçinin Hind-Sakit okean bölgəsində təhlükəsizlik əlaqələrinin gücləndirilməsi, kritik mineral təchizat zəncirləri, mülki nüvə texnologiyası və süni intellekt sahələrində əməkdaşlıq barədə razılaşmalar imzalayıblar.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-04-2026