Mobil versiya
"İcra məmurlarının fəaliyyətinə nəzarət Qaydası" dəyişdi
Tarix: 31-03-2026 | Saat: 15:14
Bölmə:Gündəm | çapa göndər

"İcra məmurlarının fəaliyyətinə nəzarət Qaydası" dəyişdi

Nazirlər Kabineti 1 may 2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş "İcra məmurlarının fəaliyyətinə nəzarət Qaydası"nda dəyişiklik edib.

aia.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra elektron hərracların və ya dəyəri 5 000 manatdan az olan daşınar əmlakın "Dövlət satınalmaları haqqında" qanunun tələblərinə əsasən müəyyən edilən elektron ticarət platformaları vasitəsilə satışı üçün sifarişlərin verilməsinin, tələblərin təmin edilməsinin növbəliyi öyrəniləcək. İndiyə qədər hərracların və yaxud dəyəri 5 000 manatdan artıq olmayan daşınar əmlakın icra xidmətinin müəyyən etdiyi ticarət şəbəkələrində satışı üçün sifarişlərin verilməsinin, tələblərin təmin edilməsinin növbəliyi öyrənilirdi.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-03-2026