Gülər Sultanzadə: “Novruz bayramının UNESCO-nun Qeyri-Maddi Mədəni İrsinə daxil edilməsi böyük nailiyyətdir”
Tarix: 20-03-2026 | Saat: 12:10
Bölmə:Gündəm | çapa göndər

“Artıq altıncı ildir ki, Azərbaycan xalqı Novruz bayramını qalib ölkə, qalib xalq kimi qarşılayır. 30 il ərzində Novruz Azərbaycanın işğal altında olan torpaqlarına, o torpaqlar isə Novruza həsrət qaldı. Lakin Azərbaycan xalqı öz məqsədinə çataraq bu haqsızlığa son qoydu. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. 2020-ci ilin sentyabr-noyabr aylarında cənab Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi. 2021-ci ilin 20 mart tarixində dövlətimizin başçısı ilk dəfə olaraq Azərbaycan xalqını Novruz bayramı münasibətilə Şuşadan, Cıdır düzündən təbrik etdi. 2023-cü ilin sentyabr ayında isə ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. 2024-cü ildən müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq Novruz işğaldan azad edilmiş Xankəndiyə, Xocalıya, Ağdərəyə, Xocavəndə və bütün digər ərazilərimizə öz mübarək qədəmlərini basdı. Bu xoşbəxtliyi də bizə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu bəxş etdi. Bundan sonra Azərbaycan xalqı əbədi olaraq Novruzu doğma Vətənimizin bütün ərazisində böyük coşqu və təntənə ilə qeyd edəcək.”
Bu sözləri aia.az-a verdiyi müsahibəsində Azərbaycan Texniki Universitetinin tələbəsi, YAP Yasamal rayon təşkilatının fəal üzvü Gülər Sultanzadə deyib.
Fikirlərini davam etdirən partiya fəalı daha sonra Birinci vitse-prezident Mehriban xanım Əliyevanın böyük səyləri nəticəsində Novruz bayramının UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilməsinin və bununla da beynəlxalq səviyyədə rəsmən tanınmasının böyük nailiyyət olduğunu xüsusi vurğulayıb: “Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. İslamdan əvvəlki tarixi dövrdən tanınan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub. 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin növbəti Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli (Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb. Etiraf olunmalıdır ki, bu qərarın qəbul olunmasında Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevin müstəsna rolu və əməyi olub. Unutmaq lazım deyil ki, Novruz ümumbəşəri dəyərləri, habelə sülhü və tolerantlığı tərənnüm edən bayramdır. Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar. İnsanlar baharın gəlişi ilə torpağın əkib-becərilməsinə başlayırlar. Maraqlıdır ki, Novruz həm də ölkəmizin siyasi proseslərində bayramlaşma təcrübəsinin formalaşmasına səbəb olmuşdur. Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalarının rəhbərləri arasında qarşılıqlı bayramlaşma ölkədə yeni, mütərəqqi siyasi mədəniyyətin təşəkkül tapdığını göstərir” – deyə, Gülər Sultanzadə fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
19-04-2026
18-04-2026