Mobil versiya
ABŞ kəşfiyyatının hesabatı əsasən Çin, Rusiya və İrana yönəlib
Tarix: 19-03-2026 | Saat: 22:02
Bölmə:Özəl | çapa göndər

ABŞ kəşfiyyatının  hesabatı əsasən Çin, Rusiya və İrana yönəlib

Hesabatda Çinin ABŞ-ın ən ciddi qlobal rəqibi, Rusiyanın isə ən birbaşa təhdidi olduğu bildirilir. Həmçinin qeyd olunur ki, İran iyun ayından bəri heç bir yeni nüvə zənginləşdirmə fəaliyyəti həyata keçirməyib.
ABŞ Milli Kəşfiyyat Direktoru (DNI) tərəfindən hazırlanmış 2026-cı il üçün İllik Təhdid Qiymətləndirmə Hesabatı dərc edilib.

Hesabatda Şimali Koreyanın nüvə və ballistik raket imkanlarına diqqət çəkilir və ölkənin ABŞ üçün əhəmiyyətli bir təhlükə yaratdığı vurğulanır.

33 səhifəlik hesabatda Çin, Rusiya və Şimali Koreyanın ABŞ-ı strateji rəqib və potensial düşmən kimi gördüyü, İranın isə uzun müddətdir ABŞ-ı düşmən hesab etdiyi bildirilir. Hesabatda həmçinin bu dörd ölkənin vaxtaşırı bir-biri ilə əməkdaşlıq etmə ehtimalının yüksək olduğu da irəli sürülür.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2026