Mobil versiya
YAP Qusar rayon təşkilatının əməkdaşları şəhid ailəsini ziyarət edib -Fotolar
Tarix: 19-03-2026 | Saat: 18:43
Bölmə:Özəl | çapa göndər

YAP Qusar rayon təşkilatının əməkdaşları şəhid ailəsini ziyarət edib

Yeni Azərbaycan Partiyası (YAP) Qusar rayon təşkilatının əməkdaşları rayonun Piral kəndindən olan Vətən müharibəsi şəhidi Kərim Hüseynovun ailəsini Ramazan və Novruz bayramları ilə əlaqədar ziyarət edib.Ziyarət əsnasında rayon təşkilatı tərəfindən şəhidin anası Hüseynova Təranə Şəhabəddin qızı 60 illik yubileyi münasibətilə təbrik edilib.Qeyd edək ki, şəhid Kərim Hüseynov 30 dekabr 1989-cu ildə Qusar rayonun Piral kəndində anadan olub. Azərbaycan Ordusunun giziri kimi 2020-ci il Vətən müharibəsində iştirak edib və 14 oktyabr tarixində qəhrəmancasına şəhid olub. Ailəli, iki övlad atası idi.

Göstərdiyi şücaətə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2026