Mobil versiya
Məhkəmə Alimpaşa Məmmədovla bağlı yekun qərar verdi
Tarix: 13-03-2026 | Saat: 17:09
Bölmə:Karusel / Gündəm | çapa göndər

Məhkəmə Alimpaşa Məmmədovla bağlı yekun qərar verdi

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun kassasiya şikayətinə baxılıb.

aia.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Ali Məhkəmə bu gün son qərarını açıqlayıb.

Məhkəmə A.Məmmədova verilmiş yekun 10 il 6 ay həbs cəzasını qanunauyğun hesab edib. Bu əsasla şikayət təmin edilməyib.

Qeyd edək ki, A. Məmmədov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) icra hakimiyyətlərində keçirdiyi silsilə əməliyyatlar ərəfəsində tutulmuşdu. O, xüsusilə külli miqdarda mənimsəmə, rüşvət alma və qanunsuz əldə edilmiş pulları leqallaşdırmaqda təqsirli bilinib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-06-2026