Ana Sayfa > Karusel / Gündəm > Məhkəmə Alimpaşa Məmmədovla bağlı yekun qərar verdi
Məhkəmə Alimpaşa Məmmədovla bağlı yekun qərar verdi13-03-2026, 17:09. Yazar: sevinc1 |
![]() Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun kassasiya şikayətinə baxılıb. aia.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Ali Məhkəmə bu gün son qərarını açıqlayıb. Məhkəmə A.Məmmədova verilmiş yekun 10 il 6 ay həbs cəzasını qanunauyğun hesab edib. Bu əsasla şikayət təmin edilməyib. Qeyd edək ki, A. Məmmədov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) icra hakimiyyətlərində keçirdiyi silsilə əməliyyatlar ərəfəsində tutulmuşdu. O, xüsusilə külli miqdarda mənimsəmə, rüşvət alma və qanunsuz əldə edilmiş pulları leqallaşdırmaqda təqsirli bilinib. aia.az Geri dön |