Mobil versiya
SOCAR-ın prezidenti “TotalEnergies” şirkətinin baş vitse-prezidenti ilə görüşüb -Foto
Tarix: 03-03-2026 | Saat: 13:29
Bölmə:İqtisadiyyat | çapa göndər

SOCAR-ın prezidenti “TotalEnergies” şirkətinin baş vitse-prezidenti ilə görüşüb

3 mart 2026-cı il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf Cənub Qaz Dəhlizi Məşvərət Şurasının və Yaşıl Enerji Məşvərət Şurasının iclasları çərçivəsində “TotalEnergies” şirkətinin baş vitse-prezidenti Martina Oppizi ilə görüşüb.

aia.az xəbər verir ki, görüşdə Azərbaycanın təşəbbüsü ilə icra olunan enerji layihələrinin, o cümlədən Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyində önəmi qeyd olunub. Tərəflər birgə həyata keçirilən layihələrin icra vəziyyətini, o cümlədən “Abşeron” qaz-kondensat yatağında əməliyyat fəaliyyətinin nəticələrini və yatağın tammiqyaslı işlənməsi ilə bağlı görülən işləri nəzərdən keçiriblər.

Söhbət zamanı enerji təhlükəsizliyi, rəqəmsallaşma, dayanıqlı inkişaf prioritetləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-04-2026