Mobil versiya
Milli Məclisdən 2,2 milyonluq iddiaya cavab verildi - RƏSMİ
Tarix: 21-02-2026 | Saat: 19:48
Bölmə:Gündəm | çapa göndər

Milli Məclisdən 2,2 milyonluq iddiaya cavab verildi

Son günlər bir sıra xəbər saytlarında Azərbaycan Respublikası Milli Məclisi ilə “İmprotex Motors” MMC arasında Milli Məclisin nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsinə dair bağlanmış müqavilə barədə məlumatlar yayılmışdır. Həmin xəbərlərdə müqavilənin maliyyə dəyərinin 2 milyon 282 min 605 manat olduğu iddia edilir.

Bununla bağlı bildiririk ki, yayılan məlumat həqiqəti əks etdirmir.

Bildiririk ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən “İmprotex Motors” MMC Milli Məclisin rəsmi zəmanətdə olan nəqliyyat vasitələrinə yağ və sürtkü materiallarının dəyişdirilməsi, ehtiyat hissələrinin təmin olunması, eləcə də müvafiq servis xidmətlərinin göstərilməsini həyata keçirəcək. Müqavilənin ümumi məbləği isə 22 min 826 manat təşkil edir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2026