Mobil versiya
Yanvarda Azərbaycanda 200 kq-dan çox qızıl istehsal edildi
Tarix: 20-02-2026 | Saat: 18:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Yanvarda Azərbaycanda 200 kq-dan çox qızıl istehsal edildi

2026-cı ilin yanvar ayında Azərbaycanda 207.8 kq qızıl, 329.8 kq isə gümüş istehsal edilib.

aia.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkədə qızıl istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 12.2%, gümüş istehsalı isə 12% azalıb.

Qeyd edək ki, 2026-cı il fevral ayının 1-nə Azərbaycanda qızıl və gümüş üzrə hazır məhsul ehtiyatı müvafiq olaraq 103.6 kq və 550.4 kq təşkil edib.

Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda 2965.1 kq qızıl, 3646 kq isə gümüş istehsal edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-04-2026