Mobil versiya
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb -Foto
Tarix: 18-02-2026 | Saat: 18:24
Bölmə:Gündəm | çapa göndər

SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb

18 fevral 2026-cı il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf “Baker Hughes” şirkətinin neft servisləri və avadanlıqları üzrə icraçı vitse-prezidenti Amerino Gatti ilə görüşüb.

aia.az xəbər verir ki, görüşdə 2024-cü ildə tərəflər arasında imzalanmış Əməkdaşlığa dair Sazişin əhəmiyyəti qeyd olunub, ötən müddət ərzində birgə reallaşdırılan layihələr nəzərdən keçirilib.
Söhbət zamanı tərəflər quyu tikintisi üçün texnologiyaların, elektrik dalma nasoslarının (ESP) tətbiqi və quyular üzrə rəqəmsallaşmanın aparılması istiqamətində nəzərdə tutulan layihələr və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-02-2026