Regionun yeni arxitekturası və strateji qətiyyət -DEPUTAT YAZIR
Tarix: 16-02-2026 | Saat: 12:34
Bölmə:Karusel / Manşet / Gündəm / Siyasət / Özəl / Seçilənlər-9 | çapa göndər

Əziz Ələkbərli,
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan İcması
İdarə heyətinin sədri
Fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti cənaB İlham Əliyevin Münxendə “France 24” telekanalına verdiyi müsahibə Azərbaycan diplomatiyasının növbəti intellektual və siyasi qələbəsi kimi tarixə düşdü. Dövlət başçısı bu platformadan istifadə edərək təkcə regionun deyil, həm də beynəlxalq münasibətlər sisteminin gələcək konturlarını bir daha bəyan etdi. Müsahibənin ümumi ruhu göstərdi ki, Azərbaycan artıq nəinki öz ərazi bütövlüyünü bərpa edib, həm də qlobal miqyasda diktə edən tərəfə çevrilib. Sülh prosesinin cari vəziyyətini şərh edərkən Prezident konstruktiv mövqeyimizi konkret faktlarla əsaslandıraraq bildirdi ki, sülh artıq de-fakto mövcuddur və biz elə indi bu şəraitdə yaşamağı öyrənirik. Lakin bu müsbət məcrada inkişaf edən normallaşma prosesinin qarşısında hələ də bir hüquqi maneə – Ermənistanın Konstitusiyası durur. Dövlət başçısı vurğuladı ki, Ermənistanın İstiqlaliyyət Bəyannaməsində qondarma qurumun Ermənistanla birləşməsinə dair müddəa qaldıqca, bu, Azərbaycana qarşı birbaşa ərazi iddiasıdır və bu iddia aradan qaldırılmadan rəsmi sülh sazişinin imzalanması mümkün olmayacaqdır.
Bu strateji duruşla yanaşı, Azərbaycanın geo-iqtisadi gələcəyi və ABŞ-la münasibətlərin yeni səviyyəsi də müsahibənin əsas xəttini təşkil edirdi. Xüsusən də TRIPP, yəni Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu layihəsi ətrafında aparılan müzakirələr regionun iqtisadi arteriyasının bərpasından xəbər verir. Prezidentin qeyd etdiyi kimi, Azərbaycan artıq dünyanın ən güclü ölkəsinin rəsmi strateji tərəfdaşına çevrilib və bu xartiya müdafiə məhsullarından tutmuş süni intellektə qədər geniş sahələri əhatə edir. Zəngəzur dəhlizinin Ermənistan seqmentinin cəmi 40 kilometr olduğunu xatırladan dövlət başçısı, ABŞ Prezidentinin şəxsi öhdəliyi və rəsmi Vaşinqtonun dəstəyi ilə bu layihənin reallaşacağına dair heç bir şübhəsinin olmadığını qətiyyətlə ifadə etdi. Bu, sadəcə bir nəqliyyat yolu deyil, həm də Türk dünyasının və bütövlükdə Avrasiyanın logistik xəritəsini dəyişəcək strateji bir addımdır.
Müsahibənin ən kəskin və prinsipial məqamı isə ədalətin bərpası və separatçı rejimin cəlladlarının taleyi ilə bağlı idi. Jurnalistin "yeni səhifə açmaq" naminə əfv və ya "jest" eyhamlarına qarşı Prezident İlham Əliyev beynəlxalq hüququn və tarixi ədalətin sarsılmaz prinsiplərini xatırlatdı. Saxlanılan şəxslərin bəşəriyyətə qarşı ağır cinayətlər törətdiyini bildirən dövlət başçısı, onları İkinci Dünya Müharibəsindən sonrakı Nasist rəhbərləri ilə müqayisə etdi. "Onların törətdiyi cinayət nasistlərin etdiklərindən daha pis idi" – deyən Lider, bu məsələdə heç bir güzəştin olmayacağını və şəffaf məhkəmə prosesinin qaçılmazlığını bəyan etdi. Bu, Azərbaycan dövlətinin həm şəhidlərimizin qanı, həm də beynəlxalq hüququn aliliyi qarşısında götürdüyü mənəvi və hüquqi öhdəlikdir.
Eyni zamanda, Qərbi Azərbaycan məsələsi və deportasiya olunmuş yüz minlərlə həmvətənimizin qayıdış hüququ ilk dəfə bu qədər yüksək beynəlxalq tribunadan "universal hüquq" kimi səsləndirildi. Prezident İlham Əliyev qeyd etdi ki, əgər biz Qarabağ ermənilərinə vətəndaşlıq və qayıdış təklif ediriksə, eyni münasibəti Ermənistandan deportasiya edilmiş azərbaycanlılara qarşı da gözləyirik. Bu, diplomatiyada "qarşılıqlı hörmət və paritet" prinsipinin təntənəsidir.
Fransa ilə münasibətlərə toxunarkən isə dövlət başçısı gərginliyin mənbəyi olmadığımızı, lakin milli suverenliyimizə edilən hər bir müdaxiləyə adekvat cavab verildiyini bildirdi. "Hər iki tərəf bir-birinə hörmət etməli, bir-birinin daxili işlərinə qarışmamalıdır" mesajı ilə rəsmi Bakı Parisə münasibətləri "yenidən başlamaq" (reset) şansı tanıdı, lakin bu yolun yalnız bərabərhüquqlu tərəfdaşlıqdan keçdiyini birmənalı olaraq vurğuladı. Beləliklə, Münxen müsahibəsi Azərbaycanın həm hərbi, həm də diplomatik masada mütləq qalib olduğunu bütün dünyaya bir daha çatdırdı.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-02-2026