Mobil versiya
Vilayət Eyvazov Qəbələdə vətəndaş qəbulu və sıra baxışı keçirdi - VİDEO+FOTOLAR
Tarix: 02-02-2026 | Saat: 13:30
Bölmə:Manşet / Gündəm | çapa göndər

Vilayət Eyvazov Qəbələdə vətəndaş qəbulu və sıra baxışı keçirdi -

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələr üzrə vətəndaş qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov fevralın 1–2-də Qəbələ rayonunda növbəti vətəndaş qəbulu keçirib.

aia.az xəbər verir ki, nazir əvvəlcə Qəbələ rayonunda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib.

Daha sonra Polis Şöbəsinin inzibati binasında Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarından, eləcə də digər bölgələrdən qəbula gələ 314 nəfər vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.

Qəbula gələn vətəndaşların müraciətlərinin operativ və qanunvericiliyin tələblərinə uyğun həlli, habelə vətəndaş məmnunluğunun təmin olunması məqsədilə Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə müvafiq tapşırıqlar verilib.

Müraciətlərin böyük əksəriyyəti yerindəcə həll olunub, digərləri nəzarətə götürülüb.

Səfər çərçivəsində general-polkovnik Vilayət Eyvazov polis və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını da keçirib.

Sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 206 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 17 nəfəri Vətən müharibəsi iştirakçısıdır.

aia.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-02-2026