Mobil versiya
SOCAR-ın prezidenti "CITIC Construction Co.,Ltd."nin İdarə Heyətinin sədri ilə görüşüb -Fotolar
Tarix: 28-01-2026 | Saat: 15:34
Bölmə:Manşet / İqtisadiyyat | çapa göndər

SOCAR-ın prezidenti "CITIC Construction Co.,Ltd."nin İdarə Heyətinin sədri ilə görüşüb

28 yanvar 2026-cı il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf "CITIC Construction Co.,Ltd."nin İdarə Heyətinin sədri Yanq Ciançiyanq ilə görüşüb.
Görüşdə SOCAR ilə Çin Xalq Respublikasının müxtəlif şirkətləri arasında uğurlu əməkdaşlıq əlaqələrindən bəhs edilib. Bu xüsusda, SOCAR ilə "CITIC Construction Co.,Ltd." şirkəti arasında enerji infrastrukturu, eləcə də neft-kimya layihələrinin həyata keçirilməsi, birgə müəssisələrin yaradılması imkanları nəzərdən keçirilib.

Söhbət zamanı SOCAR-ın Azərbaycanda və onun hüdudlarından kənarda həyata keçirdiyi layihələr, şirkətin korporativ strateji hədəfləri barədə məlumat verilib.

Görüşdə potensial əməkdaşlıq imkanlarının araşdırılması məqsədilə şirkətlər arasında Çərçivə Sazişi imzalanıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə