Əldə bir qədəh şərab və "ölən qazanlar"ın postmodern dramı
Tarix: 20-01-2026 | Saat: 09:28
Bölmə:Gündəm / Ölkə / Özəl | çapa göndər

Yanvarın şaxtası təkcə yolları buz bağlatmır, bəzən illərlə "vallah-billah" ilə tikilən məmur imiclərini də bir gecədə darmadağın edir. Klassik mahnımızda nə gözəl deyilir: "Əldə bir qədəh şərab..." Amma sən demə, o qədəh həm də bir karyeranı "sağlığa" içib bitirmək üçünmüş.
Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini Gülbahar xanım artıq vəzifəsi ilə vidalaşıb. Səbəb isə nə büdcə kəsiri, nə də xidməti fəaliyyətdir; səbəb birbaşa "məişət texnologiyasıdır". Həyat yoldaşı Habil müəllim TikTok-un "canlı yayım" düyməsini kəşf edib və qərara gəlib ki, qədəh sədaları altında millətə "ilahiyyat dərsi" keçsin. Habil müəllim nə Oqtay Ağayevdir, nə də Akif İslamzadə, amma "ifası" o qədər təsirli oldu ki, bütün ailəni vəzifə pilləkənlərindən "astanovkasız" yuvarlatdı.
Burada mütləq Molla Nəsrəddini köməyə çağırmalıyıq. Yadınızdadırsa, Molla bir gün qonşusundan qazan alıb, içinə balaca bir qazan qoyaraq qaytarır. Deyir ki, "Müjdə, qazanın doğub". Qonşu sevincindən uçur. Amma bir neçə gündən sonra Molla qazanı yenidən aparır və qayıdıb deyir: "Gözün aydın, qazanın öldü". Qonşu fəryad edir: "Ay Molla, qazan da ölər?". Molla isə dahi cavabını verir: "Ay qonşu, bunun doğduğuna inanırsan, öldüyünə niyə inanmırsan?"
İndi bizim vəziyyət də eynidir. Hörmətli rektorumuz, postmodern ədəbiyyatın ustadı Kamal Abdullanın rəhbərlik etdiyi Dillər Universitetində 20 yaşlı tələbə qızın – yəni Habil müəllimin qızının – birdən-birə dekan müavini vəzifəsinə "doğulduğuna" hamımızı inandırdılar. O zaman heç kim soruşmadı ki, "Ay Kamal müəllim, bu qazan ( yəni ki vəzifə) hələ balacadır, bu yaşda necə dekanlıq doğur?". Amma sən demə, o qazan da öləri imiş. Atası TikTok-da canlı yayım açan kimi, ailənin bütün "sehrli qazanları" bir anda canını tapşırdı.
Habil müəllim videoda elə həvəslə təhqir yağdırırdı ki, elə bilirdin ekrandan çıxıb dünyanı dəyişəcək. Amma səhəri gün "içkinin dumanı" dağılanda özünü Füzuli RPŞ-də izahat verən yerdə tapdı. İndi polisdə o mahnını başqa tonda oxuyur: "İçkili olmuşam, ağlım başımda olmayıb..." Amma hüquq mahnı yox, maddə sevir. Hazırda Habil müəllimin dini dəyərləri təhqir etməsi və qeyri-etik davranışları hüquqi müstəvidə araşdırılır. İnzibati xəta, yoxsa cinayət? Buna məhkəmə qərar verəcək. Amma ən böyük hökmü artıq ictimai qınaq verib: Üzr istəmək bəzən itirilmiş statusları geri gətirmir.
İcra başçısı Alı müəllim məzuniyyəti yarımçıq qoyub qaçıb gəlib, Kamal müəllim yəqin yeni bir "sirrli" süjet üzərində düşünür, Gülbahar xanım isə evdə vəzifəsiz halda "qazanın niyə öldüyünü" təhlil edir.
Yanvarın bu soyuq havasında ortada qalan tək acı həqiqət budur: Sən illərlə dövlətin adından danış, 20 yaşlı qızını dekan müavini elətdir, imtiyazlar içində üz, sonra bir şüşə içki gəlib sənin bütün o "doğmuş qazanlarını" bir canlı yayımda darmadağın eləsin. Görünür, bundan sonra vəzifəyə təyin olunanda təkcə diplom yox, "ailəlikcə alkoqol testi" və "Molla Nəsrəddinlə tanışlıq" arayışı da tələb olunacaq. Çünki belə getsə, bu məmləkəti korrupsiya yox, "əldə bir qədəh şərab" sədaları altında can verən karyeralar bitirəcək.
Şəmsi Qoca
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
20-01-2026
19-01-2026