Mobil versiya
Milli Qəhrəman Şahin Tağıyev Hərbi Memorial Məzarlıqda dəfn olunacaq
Tarix: 15-01-2026 | Saat: 09:59
Bölmə:Gündəm | çapa göndər

Milli Qəhrəman Şahin Tağıyev Hərbi Memorial Məzarlıqda dəfn olunacaq

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevla vida və dəfn mərasimi sabah saat 11:00-də keçiriləcək.

Bu barədə aia.az-a mərhumun ailə üzvləri məlumat verib.

O, Hərbi Memorial Məzarlıqda dəfn olunacaq.

Qeyd edək ki, onun cənazəsi bu gün axşam Bakıya gətiriləcək.

Xatırladaq ki, əslən Şuşadan olan Şahin Tağıyev 1949-cu il fevralın 3-də Tərtər şəhərində doğulub. O, 2001-ci ildə Azərbaycanı tərk edərək Avropaya köçüb. Şahin Tağıyev İsveçdə qocalar evində uzun sürən xəstəlikdən sonra vəfat edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2026