Mobil versiya
Xocalıda yanğına səbəb olan şəxs saxlanıldı
Tarix: 13-01-2026 | Saat: 17:08
Bölmə:Ölkə | çapa göndər

Xocalıda yanğına səbəb olan şəxs saxlanıldı

Yanvarın 13-də Xocalı rayon Dağyurdu kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

DİN Mətbuat Xidmətinin regional qrupundan aia.az-a bildirilib ki, araşdırmalar nəticəsində yanğının Xocalı rayonundakı fermalardan birində çoban işləyən, 1977-ci il təvəllüdlü Babaxan Əhmədovun siqaret kötüyünü yerə atması nəticəsində baş verdiyi məlum olub.

Hadisə nəticəsində ümumilikdə 5 hektar sahədə biçilmiş əkin sahəsi və kol-kos yanıb.

B. Əhmədov barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2026