Ana Sayfa > Ölkə > Xocalıda yanğına səbəb olan şəxs saxlanıldı
Xocalıda yanğına səbəb olan şəxs saxlanıldı13-01-2026, 17:08. Yazar: sevinc1 |
![]() Yanvarın 13-də Xocalı rayon Dağyurdu kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib. DİN Mətbuat Xidmətinin regional qrupundan aia.az-a bildirilib ki, araşdırmalar nəticəsində yanğının Xocalı rayonundakı fermalardan birində çoban işləyən, 1977-ci il təvəllüdlü Babaxan Əhmədovun siqaret kötüyünü yerə atması nəticəsində baş verdiyi məlum olub. Hadisə nəticəsində ümumilikdə 5 hektar sahədə biçilmiş əkin sahəsi və kol-kos yanıb. B. Əhmədov barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib. aia.az Geri dön |