Mobil versiya
Nazir müavininin klinikasında qanunsuzluq aşkarlandı
Tarix: 24-12-2025 | Saat: 13:56
Bölmə:Karusel / Gündəm | çapa göndər

Nazir müavininin klinikasında qanunsuzluq aşkarlandı

Səhiyyə Nazirliyi “Referans” klinikasının Əhmədli filialında plandankənar yoxlama keçirib.

aia.az Teleqraf-a istinadla xəbər verir ki, yoxlama zamanı klinikada sertifikatsız “rentgenoloji” iş üzrə özəl praktik tibb fəaliyyəti aşkar edilib.

Nazirlik İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinin tələblərini pozan klinika barədə protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərib.

Məhkəmənin qərarına əsasən, “Referans” klinikası 6 000 manat məbləğində cərimələnib.

Qeyd edək ki, “Referans Medical Group”un rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanova məxsus olduğu bildirilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə