Ana Sayfa > Karusel / Gündəm > Nazir müavininin klinikasında qanunsuzluq aşkarlandı
Nazir müavininin klinikasında qanunsuzluq aşkarlandı24-12-2025, 13:56. Yazar: sevinc1 |
![]() Səhiyyə Nazirliyi “Referans” klinikasının Əhmədli filialında plandankənar yoxlama keçirib. aia.az Teleqraf-a istinadla xəbər verir ki, yoxlama zamanı klinikada sertifikatsız “rentgenoloji” iş üzrə özəl praktik tibb fəaliyyəti aşkar edilib. Nazirlik İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinin tələblərini pozan klinika barədə protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərib. Məhkəmənin qərarına əsasən, “Referans” klinikası 6 000 manat məbləğində cərimələnib. Qeyd edək ki, “Referans Medical Group”un rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanova məxsus olduğu bildirilir. aia.az Geri dön |