Mobil versiya
Unun topdansatış qiyməti AÇIQLANDI
Tarix: 18-12-2025 | Saat: 20:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Unun topdansatış qiyməti

Ölkə üzrə fəaliyyət göstərən un istehsalçıları və topdansatış məntəqələrində 50 kiloqramlıq un kisəsinin satış qiymətləri açıqlanıb.

aia.az Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir ki, siyahıya Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şabran, Xaçmaz, Salyan, Tovuz, Ağsu, Göygöl, Şəmkir və digər bölgələrdə fəaliyyət göstərən ümumilikdə 28-dən çox sahibkarlıq subyekti daxildir.

Məlumata görə, 50 kiloqramlıq un kisəsinin topdansatış qiymətləri əsasən 26,10 manat - 28,60 manat aralığında dəyişir. Ən aşağı qiymət Şabran rayonunda fəaliyyət göstərən "Dəvəçi-Taxıl" MMC-də (26.1 manat), ən yüksək qiymət isə Gəncə şəhərində yerləşən "Azeri-Arapoğlu U.S. və T. LTD" BM-də (28.6 manat) qeydə alınıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-04-2026