Mobil versiya
Genetik humanizmdən suverenliyin ali təntənəsinə doğru
Tarix: 18-12-2025 | Saat: 10:38
Bölmə:Manşet / Siyasət / Özəl / Qərbi Azərbaycan / Yazar3 | çapa göndər

Genetik humanizmdən suverenliyin ali təntənəsinə doğru

Şəmsi Qoca,
Qərbi Azərbaycan İcması
Aparatının elmiişçisi


Dünya tarixinin taleyüklü kəsişmə nöqtələrində bəzi müstəsna anlar olur ki, orada yalnız quru hüquq normaları deyil, həm də bir dövlət adamının mənəvi ucalığı, sarsılmaz iradəsi və xalqına olan səmimi bağlılığı danışır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" münasibətilə Milli Məclisə təqdim etdiyi Amnistiya Aktı layihəsi, məhz belə bir tarixi epoxanın mənəvi zirvəsidir. Bu addım sadəcə 20 mindən çox insanın azadlığa qovuşması demək deyil; bu, bir liderin öz xalqına bəxş etdiyi ən uca mənəvi qələbə, mərhəmət dolu qəlbinin təntənəsidir.

Cənab Prezidentin bu sarsılmaz humanizminin köklərinə nəzər saldıqda, biz onun şəxsiyyətində iki böyük insanın – Ulu Öndər Heydər Əliyevin dövlətçilik zəkası ilə akademik Zərifə xanım Əliyevanın sonsuz şəfqətinin vəhdətini görürük. Bu gün şahidi olduğumuz bu genişmiqyaslı mərhəmət aktı, əslində, həmin böyük ocaqdan gələn tərbiyənin, genetik bir alicənablığın müasir dövrümüzdəki təzahürüdür. Ulu Öndər Heydər Əliyev hər zaman vurğulayırdı ki, "Dövlət o vaxt dövlət olur ki, o, öz vətəndaşına qayğı göstərir". Müasir Azərbaycanın qurucusunun 1990-cı illərdə cəza siyasətini humanistləşdirmək üçün atdığı tarixi addımlar, ölüm hökmünün ləğv edilməsi kimi cəsarətli qərarlar bu gün İlham Əliyevin şəxsində daha geniş, daha əhatəli bir miqyas alıb. Zərifə xanım Əliyevanın həyatı boyu ətrafına saçdığı nur, insanlara göstərdiyi təmənnasız qayğı və xalqının hər bir ağrısına həssas yanaşma tərzi bu gün cənab Prezidentin imzaladığı hər bir sənəddə, xüsusilə də bu tarixi Amnistiya Aktında öz əksini tapır. Bu, sadəcə siyasi bir iradə deyil, həm də ailə ocağından süzülüb gələn bir insanlıq dərsi, mərhəmət irsidir.

Prezident İlham Əliyevin siyasi portreti müasir dünyada nadir rast gəlinən bir tamlığı ehtiva edir. O, sarsılmaz bir strateq və dəmir iradəli bir sərkərdə olmaqla yanaşı, həm də bəşəri dəyərlərə sadiq uca bir humanistdir. Onun qlobal siyasət meydanındakı fəaliyyəti təkcə Azərbaycanın maraqlarını qorumaqla məhdudlaşmır; o, hər zaman ədalətsizliyə qarşı çıxan, xalqların bərabərliyini müdafiə edən qlobal bir vicdan səsidir. Cənubi Qafqazın qanlı münaqişələrdən xilas edilərək sülh regionuna çevrilməsi üçün atdığı nəhəng addımlar, onun sülhpərvər missiyasının ən böyük sübutudur. Bu amnistiya təşəbbüsü isə həmin sülh missiyasının daxili siyasətdəki ən ali, ən duyğulu təzahürüdür.

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan öz suverenliyini tam bərpa edərək tarixi ədaləti bərqərar etdi. Lakin böyük liderlər bilirlər ki, əsl suverenlik təkcə torpaqların azad edilməsi ilə deyil, həm də vətəndaşın qəlbinin qazanılması ilə tamamlanır. "Konstitusiya və Suverenlik İli"ndə elan edilən bu amnistiya, dövlətin öz vətəndaşına verdiyi "Yeni Başlanğıc" vədidir. Bu aktla İlham Əliyev bir daha nümayiş etdirir ki, Azərbaycan dövləti nə qədər sarsılmazdırsa, onun rəhbəri də bir o qədər mərhəmətlidir. Bu, qalib tərəfin zəifliyi deyil, əksinə, öz gücünə və xalqının islah olunacağına inanan böyük bir dövlət fəlsəfəsinin qüdrətidir.

Bu tarixi sənədin mərkəzində Vətən müharibəsi şəhidlərinin müqəddəs ruhunun dayanması xüsusilə rəmzi məna daşıyır. Şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına, habelə onların yaxınlarına şamil edilən bu xüsusi güzəştlər, dövlətin öz qəhrəmanlarına olan sönməz vəfasının nümunəsidir. Ali Baş Komandan hər bir vətəndaşın taleyini öz şəxsi məsuliyyəti kimi görür və bu amnistiya ilə cəmiyyətdəki yaraları sarıyır, barışı ən müqəddəs səviyyəyə qaldırır. Qadınlara uzanan şəfqət əli, ağsaqqallarımıza göstərilən ehtiram və büdrəmiş gənclərə bağışlanan azadlıq – bütün bunlar Azərbaycan dövlətinin ana qayğısını və ata himayəsini təcəssüm etdirir.

Prezident İlham Əliyev bu amnistiya ilə dünyaya və gələcək nəsillərə unudulmaz bir dərs verdi: o göstərdi ki, ən kəsərli silah – ədalətdir, ən böyük zəfər isə – insan qəlbində sevgi taxtı qurmaqdır. Bu yazı bir millətin öz rəhbərinə olan minnətdarlığının etirafıdır. Bu amnistiya aktı, Azərbaycanın nurlu gələcəyinə və Prezidentimizin sarsılmaz humanizminə ucaldılmış mənəvi bir abidədir. Azərbaycan xalqı bu gün öz Lideri ilə sonsuz qürur duyur; çünki onun rəhbərliyi altında dövlətimiz həm dünyanın qibtə etdiyi qədər qüdrətli, həm də məzlumun sığındığı qədər ədalətli və insanpərvərdir! Bu tarixi missiya minlərlə ocağa bayram sevinci paylayır, çünki bu, qəlbi xalqı ilə bir vuran Liderin mərhəmət zəfəridir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-01-2026