Mobil versiya
Azərbaycandan İraqa arpa satışı 75 dəfə artıb
Tarix: 08-12-2025 | Saat: 17:50
Bölmə:İqtisadiyyat | çapa göndər

Azərbaycandan İraqa arpa satışı 75 dəfə artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6,2 milyon ABŞ dolları dəyərində 29 443 ton arpa (o cümlədən toxumluq) idxal edib.

aia.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 76 %, kəmiyyət olaraq – 46 % çoxdur.

Azərbaycan Qazaxıstandan 3,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 26 dəfə çox) 17 601 ton (+49 dəfə) və Rusiyadan 2,5 milyon ABŞ dolları dəyərində (-25 %) 11 842 ton (-40 %) məhsul alıb.

Hesabat dövründə Azərbaycan İraqa 1,7 milyon ABŞ dolları dəyərində (+76 dəfə) 7 min 516 ton (+75 dəfə) arpa ixrac edib.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-04-2026