Ana Sayfa > İqtisadiyyat > Azərbaycandan İraqa arpa satışı 75 dəfə artıb
Azərbaycandan İraqa arpa satışı 75 dəfə artıb8-12-2025, 17:50. Yazar: sevinc1 |
![]() Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6,2 milyon ABŞ dolları dəyərində 29 443 ton arpa (o cümlədən toxumluq) idxal edib. aia.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 76 %, kəmiyyət olaraq – 46 % çoxdur. Azərbaycan Qazaxıstandan 3,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 26 dəfə çox) 17 601 ton (+49 dəfə) və Rusiyadan 2,5 milyon ABŞ dolları dəyərində (-25 %) 11 842 ton (-40 %) məhsul alıb. Hesabat dövründə Azərbaycan İraqa 1,7 milyon ABŞ dolları dəyərində (+76 dəfə) 7 min 516 ton (+75 dəfə) arpa ixrac edib. aia.az Geri dön |