Mobil versiya
Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı artırılır
Tarix: 05-11-2025 | Saat: 11:13
Bölmə:İqtisadiyyat | çapa göndər

Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı artırılır


Azərbaycanda gələn il üçün nəzərdə tutulan ehtiyac meyarı və yaşayış minimumu artırılır.

aia.az xəbər verir ki, 2026-cı ildə Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının 300 manat olması nəzərdə tutulur. Bu, 2025-ci illə müqayisədə 15 manat və yaxud 5,3 % çoxdur.

Yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində olacaq.

Qeyd edək ki, 2025-ci ildə ehtiyac meyarı və ölkə üzrə yaşayış minimumu 285 manat olub. Əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-11-2025