Ana Sayfa > İqtisadiyyat > Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı artırılır
Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı artırılır5-11-2025, 11:13. Yazar: sevinc1 |
![]() Azərbaycanda gələn il üçün nəzərdə tutulan ehtiyac meyarı və yaşayış minimumu artırılır. aia.az xəbər verir ki, 2026-cı ildə Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının 300 manat olması nəzərdə tutulur. Bu, 2025-ci illə müqayisədə 15 manat və yaxud 5,3 % çoxdur. Yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində olacaq. Qeyd edək ki, 2025-ci ildə ehtiyac meyarı və ölkə üzrə yaşayış minimumu 285 manat olub. Əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib. Geri dön |