Mobil versiya
"İlin sonuna doğru yeni iqtisadi qərarlar elan edilə bilər" - İqtisadçı
Tarix: 16-10-2025 | Saat: 10:08
Bölmə:İqtisadiyyat | çapa göndər

"İlin sonuna doğru yeni iqtisadi qərarlar elan edilə bilər" -

"Bu il iqtisadi baxımdan sabitlik və tənzimləmə mərhələsində keçir. Büdcə siyasətində ehtiyatlılıq, makroiqtisadi sabitliyin qorunması və qeyri-neft sektoruna yönəlik təşviqlər əsas xətti təşkil edir".

aia.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda bərpa layihələri davam edir:

"İlin sonuna doğru yeni iqtisadi qərar və təşəbbüslərin elan ediləcəyi ehtimal edilir".

O xatırladıb ki, Rəqabət Məcəlləsi 1 iyul 2024-cü ildə qüvvəyə minib və Orta Dəhliz, Şimal-Cənub Nəqliyyat Dəhlizi üzrə nəqliyyat və tranzit layihələri genişləndirilib:

"Qarabağ və Şərqi Zəngəzurda bərpa və iqtisadi canlanma proqramları dərinləşdirilib. Yaşıl enerji və alternativ enerji üzrə yeni beynəlxalq müqavilələr imzalanıb. Qeyri-neft sektorunda investisiya artımı müşahidə olunub. Turizm və xidmət sektorunda rekord göstəricilər qeydə alınıb. Xarici ticarət dövriyyəsi genişlənib".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-10-2025