Ana Sayfa > İqtisadiyyat > "İlin sonuna doğru yeni iqtisadi qərarlar elan edilə bilər" -
"İlin sonuna doğru yeni iqtisadi qərarlar elan edilə bilər" -Bu gün, 10:08. Yazar: sevinc1 |
![]() "Bu il iqtisadi baxımdan sabitlik və tənzimləmə mərhələsində keçir. Büdcə siyasətində ehtiyatlılıq, makroiqtisadi sabitliyin qorunması və qeyri-neft sektoruna yönəlik təşviqlər əsas xətti təşkil edir". aia.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda bərpa layihələri davam edir: "İlin sonuna doğru yeni iqtisadi qərar və təşəbbüslərin elan ediləcəyi ehtimal edilir". O xatırladıb ki, Rəqabət Məcəlləsi 1 iyul 2024-cü ildə qüvvəyə minib və Orta Dəhliz, Şimal-Cənub Nəqliyyat Dəhlizi üzrə nəqliyyat və tranzit layihələri genişləndirilib: "Qarabağ və Şərqi Zəngəzurda bərpa və iqtisadi canlanma proqramları dərinləşdirilib. Yaşıl enerji və alternativ enerji üzrə yeni beynəlxalq müqavilələr imzalanıb. Qeyri-neft sektorunda investisiya artımı müşahidə olunub. Turizm və xidmət sektorunda rekord göstəricilər qeydə alınıb. Xarici ticarət dövriyyəsi genişlənib". aia.az Geri dön |