Qəbələ Zirvəsi və Türk birliyinin strateji memarlığı
Tarix: 07-10-2025 | Saat: 13:36
Bölmə:Manşet / Siyasət / Özəl / Gündəm | çapa göndər

XXI əsrin siyasi coğrafiyası qeyri-müəyyənliklər və yenidən qurulan güc mərkəzləri ilə xarakterizə olunur. Bu reallıq fonunda Türk Dövlətləri Təşkilatı (TDT) sadəcə mədəni bağ yox, siyasi suverenliklərin sinxronlaşdırıldığı, iqtisadi sinerjinin yüksəldiyi və ortaq təhlükəsizlik müstəvisində strateji koordinasiyanın qurulduğu çoxölçülü platforma kimi önə çıxır. TDT – tarixi irsin çağdaş geosiyasi aktoruna çevrilmə yolunun parlaq nümunəsidir.
Təşkilatın yaranması zərurəti Sovet İttifaqının dağılmasından və türk xalqlarının müstəqilliyini bərpa etməsindən (1991-ci il sonrası) qaynaqlanır. Bu, qardaş xalqların uzun illər kəsilmiş əlaqələrini siyasi və iqtisadi müstəvidə yenidən qurmaq üçün tarixi fürsət idi. Yeni müstəqil dövlətlər həm ortaq təhlükəsizlik təhdidləri ilə üzləşir, həm də Avrasiyanın strateji enerji və nəqliyyat qovşaqları üzərində birgə nəzarət mexanizmləri qurmaq məqsədi güdürdülər. Qloballaşma dövründə mədəni kimliyi qorumaq və beynəlxalq münasibətlərdə vahid çəki ilə çıxış etmək niyyəti isə bu birliyin mənəvi təməlini möhkəmləndirdi.
Bu zərurət mərhələli addımlarla institusional formalaşmaya gətirib çıxardı: 1992-ci ildən başlayan Zirvə Toplantıları, 2009-cu ildə Naxçıvan Müqaviləsi ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının rəsmi təsisi və nəhayət, 2021-ci ildə İstanbul Zirvəsində adın Türk Dövlətləri Təşkilatı (TDT) olaraq dəyişdirilməsi bu inkişafın əsas mərhələləridir. Özbəkistanın üzvlüyə qəbulu, Macarıstan, Türkmənistan və ŞKTR-in müşahidəçi statusu ilə TDT-nin coğrafiyası və funksional rolu sürətlə genişləndi.
TDT-nin ruhunun yaranmasında və onun bugünkü qüdrətə çatmasında Azərbaycanın liderlik mövqeyi tarixi əhəmiyyət daşıyır. Azərbaycanın ümummilli lideri Heydər Əliyev hələ 1990-cı illərdə türk dövlətləri arasındakı birliyi "bir millət, iki dövlət" prinsipi üzərində qurmaqla, ortaq etnik və mədəni köklərin siyasi müstəvidə güclü platformaya çevrilməsinin ideoloji və mənəvi əsasını qoymuşdur. O, türk dövlətlərinin birlik platformasını Azərbaycanın xarici siyasətinin prioritet istiqaməti kimi təsbit etmişdir.
Prezident İlham Əliyev isə bu mənəvi təməli strateji lokomotivə çevirmişdir. TDT-nin formalaşmasında və onun bugünkü gücünə çatmasında həlledici rol oynayan Prezident Əliyev bu təşkilatı sadəcə bir əməkdaşlıq formatı yox, qlobal güc mərkəzinə çevirmək vizionunu həyata keçirir. Onun 2024-cü ildə səsləndirdiyi "Bizim başqa ailəmiz yoxdur, bizim ailəmiz Türk dünyasıdır" tezisi bu birliyə verilən siyasi və mənəvi dəyərin ən bariz ifadəsidir. 44 günlük Vətən müharibəsindən sonra Şuşada keçirilmiş Zirvə Görüşü Prezident İlham Əliyevin təşəbbüsü ilə TDT-nin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən vahid siyasi platforma olduğunu bütün dünyaya göstərdi. Azərbaycanın bu təşkilat daxilində lokomotiv funksiyası, verdiyi siyasi təşəbbüslər və "XXI əsri Türk dünyasının inkişaf əsrinə" çevirmək hədəfi TDT-nin gələcək inkişaf trayektoriyasını müəyyənləşdirir.
Bu günlər, Azərbaycanın Qəbələ şəhərində keçirilən TDT-nin XII Zirvə Görüşü bu məqsədin növbəti həlqəsidir. Zirvənin "Regional sülh və təhlükəsizlik" mövzusu təşkilatın artıq müstəqil təhlükəsizlik gündəliyinə malik olduğunu, regional sabitlik üçün məsuliyyət daşıdığını göstərir. Təşkilatın fəaliyyəti üç əsas vektorda inkişaf edir:
1. Strateji iqtisadiyyat: Dəhlizin inkişafı, Türk İnvestisiya Fondu vasitəsilə ortaq layihələrin maliyyələşdirilməsi və ticari əlaqələrin asanlaşdırılması.
2. Siyasi koordinasiya və təhlükəsizlik: Siyasi həmrəylik, kibertəhlükəsizlik və gələcəkdə müdafiə sənayesi əməkdaşlığı və birgə hərbi təlimlər perspektivi.
3. Mədəni institusionallaşma: TÜRKPA və Türk Mədəniyyəti və İrsi Fondu kimi qurumlar vasitəsilə mədəni, təhsil və informasiya sahələrində inteqrasiyanın dərinləşdirilməsi.
Zirvənin sonunda sədrliyin Qırğızıstandan məhz Azərbaycana keçməsi ölkəmizin TDT-dəki liderlik missiyasını rəsmiləşdirəcək. Qəbələ Zirvəsi Türk sivilizasiyasının öz taleyinə sahib çıxmaq əzmini, birliyinin sarsılmaz və əbədi olduğunu bəyan edən tarixi bir səslənişdir. TDT bu gün üçün siyasi həmrəylik platforması, sabah üçün isə Avrasiya və Yaxın Şərq regionlarında alternativ sabitlik və qlobal güc mərkəzi olma potensialını təsdiqləyir.

Lamiyə Novruzova
Qubadlı rayonundakı Xələc kənd tam orta məktəbinin
təlim-tərbiyə işləri üzrə direktor müavini
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər