Uşağın doğulmasına görə verilən müavinətlə bağlı yeni rəqəmlər açıqlandı
Tarix: 03-06-2026 | Saat: 15:39
Bölmə:Özəl | çapa göndər

Bu ilin ilk beş ayı ərzində uşağın anadan olmasına görə minlərlə ailəyə birdəfəlik müavinət ödənilib.
Məlumata görə, yanvar-may aylarında ümumilikdə 34 470 nəfər üçün müavinət təyin olunaraq proaktiv qaydada ödənişi həyata keçirilib. Vətəndaşların əlavə müraciətinə ehtiyac olmadan aparılan ödənişlər yeni doğulan uşaqlara görə verilib.
Statistik göstəricilərə əsasən, müavinət alanlar arasında 16 044 qız, 18 426 oğlan uşağı yer alıb.
Qeyd edək ki, uşağın anadan olmasına görə birdəfəlik müavinət dövlət tərəfindən ailələrə göstərilən sosial dəstək tədbirlərindən biridir və müvafiq hüququ olan şəxslərə avtomatik qaydada təyin edilir.
Sosial müdafiə sahəsində aparılan rəqəmsallaşma nəticəsində son illər bu cür ödənişlərin vətəndaş müraciəti olmadan həyata keçirilməsi daha da genişləndirilib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
03-06-2026
12:28 Enerji təhlükəsizliyi