Deputat Novruzəli Aslanov İsmayıllıda rayon ağsaqqalları ilə görüşüb -Fotolar
Tarix: 03-06-2026 | Saat: 13:24
Bölmə:Gündəm | çapa göndər

2 İyun 2026-cı il tarixində İsmayıllı rayonunda Ağsaqqallar Şurasının növbədənkənar iclası keçirilib. Tədbir Heydər Əliyev Mərkəzində baş tutub. İclasda Milli Məclisin deputatları Eldar İbrahimov və Novruzəli Aslanov, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, İlham Əliyev tərəfindən ağsaqqallara göstərilən diqqət və qayğı onların cəmiyyətdəki rolunu daha da möhkəmləndirir.
İclasda təşkilati məsələlər müzakirə olunub. Şuranın sədri Valeh Salehov səhhəti ilə əlaqədar vəzifəsindən istefa verib. Əsasnaməyə uyğun keçirilən açıq səsvermə nəticəsində Balakişi Xuduyev İsmayıllı Rayon Ağsaqqallar Şurasının yeni sədri seçilib. Eyni zamanda, İdarə Heyətinin və Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşdirilib.
İclasdan sonra millət vəkili Novruzəli Aslanov vətəndaşları qəbul edib. Deputat ona müraciət edən sakinlərin qayğıları ilə maraqlanıb, onların arzu və istəklərini dinləyib. Sonda vətəndaşlar İsmayıllıya göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər