Mobil versiya
Əlavə məzuniyyət kimlərə verilir? – Vacib qaydalar açıqlandı
Tarix: 03-06-2026 | Saat: 19:16
Bölmə:Özəl | çapa göndər

Əlavə məzuniyyət kimlərə verilir? – Vacib qaydalar açıqlandı


Əmək qanunvericiliyinə əsasən, bəzi işçilər əsas əmək məzuniyyəti ilə yanaşı əlavə məzuniyyət hüququndan da yararlana bilirlər. Bu hüquq əmək şəraiti, iş stajı və ailə vəziyyəti nəzərə alınmaqla müəyyən edilir.

Məlumata görə, zərərli və ağır əmək şəraitində çalışan, yeraltı işlərdə fəaliyyət göstərən, eləcə də işi yüksək diqqət, məsuliyyət, zehni və fiziki gərginlik tələb edən şəxslərə ən azı 6 təqvim günü əlavə məzuniyyət verilir.

Əmək stajına görə də əlavə istirahət günləri nəzərdə tutulub. Belə ki, eyni iş yerində əmək fəaliyyəti:

5 ildən 10 ilədək olduqda – 2 təqvim günü,
10 ildən 15 ilədək olduqda – 4 təqvim günü,
15 ildən çox olduqda isə 6 təqvim günü əlavə məzuniyyət hüququ yaradır.


Qanunvericilik ailə vəziyyətinə görə də müəyyən güzəştlər nəzərdə tutur. 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, 14 yaşınadək üç və daha çox uşağı olan və ya əlilliyi olan uşağı olan qadınlara isə 5 təqvim günü əlavə məzuniyyət verilir.

Bu hüquq yalnız analara deyil, uşaqlarını təkbaşına böyüdən atalara və uşaqları övladlığa götürmüş şəxslərə də şamil olunur.

Mütəxəssislər bildirirlər ki, əlavə məzuniyyət işçilərin sosial müdafiəsinin gücləndirilməsi və onların əmək şəraitinin xüsusiyyətlərinin nəzərə alınması məqsədi daşıyır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-06-2026