Mobil versiya
Məhkəmə Bakir Səfərovu həbsdə saxlayıb - YENİLƏNİB
Tarix: 01-07-2025 | Saat: 13:13
Bölmə:Karusel / Gündəm | çapa göndər

Məhkəmə Bakir Səfərovu həbsdə saxlayıb -

Yekaterinburq məhkəməsi Bakir Səfərov barəsində yeni qərar çıxarıb.

aia.az apa-ya istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə Bakir Səfərov barəsində həbs-qətimkan tədbirinin müddəti uzadılıb.

Belə ki, məhkəmə Bakir Səfərov barəsində 22 günlük həbs-qətimkan tədbiri seçərək onu iyulun 19-dək istintaq təcridxanasına göndərib.

***

11:55

Yekaterinburqda iyunun 27-də Rusiya hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən azərbaycanlılara qarşı keçirilən əməliyyat nəticəsində saxlanılanlardan biri, Bakir Səfərovun məhkəmə prosesi başlayıb.

aia.az xəbər verir ki, B. Səfərovu barəsində iyunun 29-da seçilən 3 sutkalıq həbs-qətiimkan tədbirinin uzadılıb-uzadılmaması məsələsimə baxılır.

Bu gün saxlanılan digər azərbaycanlı Əhliman Gənciyevin də məhkəməsi olacaq. Onun barəsində də ilk prosesdə seçilmiş 72 saatlıq həbs-qətiimkan tədbirinin uzadılıb-uzadılmaması məsələsinə baxılacaq.

Məlum işlə bağlı saxlanılan Şahid Lalayevin məhkəməsi isə sabaha təyin olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-07-2025