Ana Sayfa > Karusel / Gündəm > Məhkəmə Bakir Səfərovu həbsdə saxlayıb -
Məhkəmə Bakir Səfərovu həbsdə saxlayıb -Bu gün, 13:13. Yazar: sevinc1 |
![]() Yekaterinburq məhkəməsi Bakir Səfərov barəsində yeni qərar çıxarıb. aia.az apa-ya istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə Bakir Səfərov barəsində həbs-qətimkan tədbirinin müddəti uzadılıb. Belə ki, məhkəmə Bakir Səfərov barəsində 22 günlük həbs-qətimkan tədbiri seçərək onu iyulun 19-dək istintaq təcridxanasına göndərib. *** 11:55 Yekaterinburqda iyunun 27-də Rusiya hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən azərbaycanlılara qarşı keçirilən əməliyyat nəticəsində saxlanılanlardan biri, Bakir Səfərovun məhkəmə prosesi başlayıb. aia.az xəbər verir ki, B. Səfərovu barəsində iyunun 29-da seçilən 3 sutkalıq həbs-qətiimkan tədbirinin uzadılıb-uzadılmaması məsələsimə baxılır. Bu gün saxlanılan digər azərbaycanlı Əhliman Gənciyevin də məhkəməsi olacaq. Onun barəsində də ilk prosesdə seçilmiş 72 saatlıq həbs-qətiimkan tədbirinin uzadılıb-uzadılmaması məsələsinə baxılacaq. Məlum işlə bağlı saxlanılan Şahid Lalayevin məhkəməsi isə sabaha təyin olunub. aia.az Geri dön |