Mobil versiya
Azər Qasımlının məhkəməsi təxirə salındı
Tarix: 18-06-2025 | Saat: 19:00
Bölmə:Gündəm | çapa göndər

Azər Qasımlının məhkəməsi təxirə salındı

Bakı Ağır Cinayətlər Məhkəməsində Siyasi İdarəetmə İnstitutunun direktoru, politoloq Azər Qasımlının cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

aia.az haqqin.az-a istinadən xəbər verir ki, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə A.Qasımlının anket məlumatları dəqiqləşdirilib. Hazırlıq iclası Azər Qasımlının vəkilləri iştirak etmədiyi üçün təxirə salınıb.

Məhkəmənin hazırlıq iclası iyunun 25-nə təyin edilib.

Qeyd edək ki, Siyasi İdarəetmə İnstitutunun direktoru, politoloq Azər Qasımlı 2024-cü ilin dekabrında saxlanılıb, ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin 182.2.3-cü (zor tətbiq etməklə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-06-2025