Ana Sayfa > Gündəm > Azər Qasımlının məhkəməsi təxirə salındı
Azər Qasımlının məhkəməsi təxirə salındıDünən, 19:00. Yazar: azer |
![]() Bakı Ağır Cinayətlər Məhkəməsində Siyasi İdarəetmə İnstitutunun direktoru, politoloq Azər Qasımlının cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. aia.az haqqin.az-a istinadən xəbər verir ki, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə A.Qasımlının anket məlumatları dəqiqləşdirilib. Hazırlıq iclası Azər Qasımlının vəkilləri iştirak etmədiyi üçün təxirə salınıb. Məhkəmənin hazırlıq iclası iyunun 25-nə təyin edilib. Qeyd edək ki, Siyasi İdarəetmə İnstitutunun direktoru, politoloq Azər Qasımlı 2024-cü ilin dekabrında saxlanılıb, ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin 182.2.3-cü (zor tətbiq etməklə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb. Geri dön |