Mobil versiya
Abdolbari Gozalın yerinə o təyin olundu
Tarix: 02-05-2025 | Saat: 18:00
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Abdolbari Gozalın yerinə o təyin olundu

"Azərsun Holdinq"in Müşahidə Şurasına sədri təyin edilib.

aia.az Ölkə.az-a istinadən xəbər verir ki, bu vəzifəyə Ahmad Gozal təyin edilib.

Ölkənin aparıcı şirkətlərindən biri olan “Azərsun Holdinq”in rəhbəri Ahmad Gozal 2006-cı ildə Bilkent Universitetinin menecment ixtisası üzrə məzunu olub.

Elə həmin ildən etibarən, Azərsun Holdinq"in idarəetməsində yaxından iştirak edib.

Şirkətlər qrupunun müxtəlif strukturlarında fəaliyyət göstərdikdən sonra 2018-ci ildən etibarən "Azərsun Holdinq"in Müşahidə Şurasının sədr müavini və Holdinqin təftiş komissiyasının sədri təyin edilib.

2022-ci ildən etibarən Azərbaycan Sənaye Bankı ASC-nin Müşahidə Şurasının sədri vəzifəsini icra edir.

Qeyd edək ki, bundan əvvəl Azersun Holdinqin Müşahidə Şurasının sədri Abdolbari Gozal idi. O bu ilin yanvarında dünyasını dəyişib.

Ahmad Gozal Abdolbari Gozalın oğludur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2025