Ana Sayfa > Karusel / İqtisadiyyat > Abdolbari Gozalın yerinə o təyin olundu
Abdolbari Gozalın yerinə o təyin olunduDünən, 18:00. Yazar: sevinc1 |
![]() "Azərsun Holdinq"in Müşahidə Şurasına sədri təyin edilib. aia.az Ölkə.az-a istinadən xəbər verir ki, bu vəzifəyə Ahmad Gozal təyin edilib. Ölkənin aparıcı şirkətlərindən biri olan “Azərsun Holdinq”in rəhbəri Ahmad Gozal 2006-cı ildə Bilkent Universitetinin menecment ixtisası üzrə məzunu olub. Elə həmin ildən etibarən, Azərsun Holdinq"in idarəetməsində yaxından iştirak edib. Şirkətlər qrupunun müxtəlif strukturlarında fəaliyyət göstərdikdən sonra 2018-ci ildən etibarən "Azərsun Holdinq"in Müşahidə Şurasının sədr müavini və Holdinqin təftiş komissiyasının sədri təyin edilib. 2022-ci ildən etibarən Azərbaycan Sənaye Bankı ASC-nin Müşahidə Şurasının sədri vəzifəsini icra edir. Qeyd edək ki, bundan əvvəl Azersun Holdinqin Müşahidə Şurasının sədri Abdolbari Gozal idi. O bu ilin yanvarında dünyasını dəyişib. Ahmad Gozal Abdolbari Gozalın oğludur. aia.az Geri dön |