Mobil versiya
`İmkanı olmayan ölkələrin xərclərini ödəməyəcəyik` - Nazir
Tarix: 06-02-2017 | Saat: 13:17
Bölmə:İdman / Aia TV | çapa göndər

`İmkanı olmayan ölkələrin xərclərini ödəməyəcəyik` - Nazir





Azərbaycan İslam Həmrəyliyi Oyunlarına qatılmaq imkanı olmayan ölkələrə yardım etməyəcək.

Bunu gənclər və idman naziri Azad Rəhimov deyib. Nazir bildirib ki, Azərbaycan oyunlarda iştirak edəcək ölkələrin səfər xərclərini ödəyəməyəcək. "Qidalanma üçün gələn idmançıların hər birinə ölkə 50 dollar ödəməlidir. İmkanı olmayanların nəqliyyat xərcini ödəməyə və qidalanmada güzəşt edə bilərik".

Nazir, həmçinin bildirib ki, mayın 12-də keçiriləcək mərasimdə hər hansı yerli və xarici ulduz olmayacaq: "Bu, elə səpkidə şoudur ki, orada oxumaq olmayacaq. Amma bağlanış mərasimində yerli ulduzlar ola bilər".

Nazir müğənni Ledi Qaqaya "Bakı-2015” I Avropa Oyunlarının açılış mərasimində 1 milyon dollar verildiyinə dair fikirlərə də münasibət bildirib: "Həmin ulduzların müqavilələrində qeyd olunur ki, məbləğ açıqlanmır. Ledi Qaqanın qonorarını açıqlaya bilmərəm. Kommersiya sirridir. Qiyməti 30 minə qədər olan müğənnilər Bakıya gələ bilər". (APA)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-11-2024