Ana Sayfa > İdman / Aia TV > `İmkanı olmayan ölkələrin xərclərini ödəməyəcəyik` - Nazir
`İmkanı olmayan ölkələrin xərclərini ödəməyəcəyik` - Nazir6-02-2017, 13:17. Yazar: Sevinc |
Azərbaycan İslam Həmrəyliyi Oyunlarına qatılmaq imkanı olmayan ölkələrə yardım etməyəcək. Bunu gənclər və idman naziri Azad Rəhimov deyib. Nazir bildirib ki, Azərbaycan oyunlarda iştirak edəcək ölkələrin səfər xərclərini ödəyəməyəcək. "Qidalanma üçün gələn idmançıların hər birinə ölkə 50 dollar ödəməlidir. İmkanı olmayanların nəqliyyat xərcini ödəməyə və qidalanmada güzəşt edə bilərik". Nazir, həmçinin bildirib ki, mayın 12-də keçiriləcək mərasimdə hər hansı yerli və xarici ulduz olmayacaq: "Bu, elə səpkidə şoudur ki, orada oxumaq olmayacaq. Amma bağlanış mərasimində yerli ulduzlar ola bilər". Nazir müğənni Ledi Qaqaya "Bakı-2015” I Avropa Oyunlarının açılış mərasimində 1 milyon dollar verildiyinə dair fikirlərə də münasibət bildirib: "Həmin ulduzların müqavilələrində qeyd olunur ki, məbləğ açıqlanmır. Ledi Qaqanın qonorarını açıqlaya bilmərəm. Kommersiya sirridir. Qiyməti 30 minə qədər olan müğənnilər Bakıya gələ bilər". (APA) Geri dön |