Mobil versiya
Azərbaycan Kubokunda son 20 mövsümün antirekordu
Tarix: 07-02-2025 | Saat: 11:24
Bölmə:İdman | çapa göndər

Azərbaycan Kubokunda son 20 mövsümün antirekordu

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 finalın ilk oyunlarında cəmi 4 qol vurulub.

Peşəkar Futbol Liqasından aia.az-a verilən məlumata görə, “Kəpəz” – “Neftçi” (0:2) görüşündə iki, “Araz-Naxçıvan” – “Zirə” (1:0) və “Səbail” – “Qarabağ” (0:1) qarşılaşmalarında bir qol qeydə alınıb. “Sabah” – “Sumqayıt” (0:0) matçı qolsuz bitib.

Bu, son 20 mövsümün antirekordudur. 2004/2005-ci illər mövsümündə də 1/4 finalın ilk oyunlarında eyni sayda qol qeydə alınıb.

“Neftçi” – “İnter” və “Gənclərbirliyi” – “MKT-Araz” matçları qolsuz yekunlaşıb. MOİK “Xəzər Lənkəran”a 0:1, “Karat” “Bakı”ya 1:2 hesabı ilə məğlub olub. Bu nəticə 20 ildən sonra təkrarlanıb.

2004/2005 və 2024/2025-ci illər mövsümlərindəki göstərici 1/4 finalın bütün görüşləri baş tutan ilk oyunlar üçün antirekord sayılır. Çünki daha az – 2 qolun vurulduğu 1997/1998-ci illər mövsümünün 1/4 finalının ilk oyunlarından 3-ü keçirilib

Hər iki top da OİK – “Neftçi” matçında vurulub – 1:1. “Kəpəz” – “Bakılı”, “Dinamo” – “Qarabağ” görüşləri qolsuz yekunlaşıb. Bərdə “Pambıqçı”sı fəaliyyətini dayandırdığı üçün “Kür-Nur”la qarşılaşması texniki nəticəyə səbəb olub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-02-2025