Mobil versiya
Bakı 2015: Çimərlik voleybolunda – QƏLƏBƏ
Tarix: 18-06-2015 | Saat: 12:49
Bölmə:İdman / Manşet / Karusel | çapa göndər


Azərbaycan Fransa komandası ilə üz-üzə.

Avropa Oyunlarının 7-ci günü Çimərlik Arenasında kişilər və qadınlar arasında çimərlik voleybolu yarışları keçirilir.

Aia.az Oxu.Az-a xəbər verir ki, qadınlar arasında yarışda Vivyan Kunya/Zinaida Lyubimova (Azərbaycan) cütlüyü Erika və Emilia Nistromla (Finlandiya) qarşılaşıb.

Azərbaycan yığması Finlandiyanı 2-0 hesabı ilə məğlub edib.

Qadınlar arasında ilkin raundda H qrupunda Azərbaycan təmsilçiləri Yuliya Kərimova və Rakel Ferreyra Çex Respublikasından Karolina Rehakova və Eliska Qalova ilə yarışıblar və 2:0 hesabı ilə uduzublar.

Kişilər arasında ilkin raundda H qrupunda çıxış edən Azərbaycan təmsilçiləri Santos Neylton və Yaroslav Rudıx 19:00-da Fransa komandası ilə qarşılaşacaq.

20:00-da A qrupundakı təmsilçilərimiz Bernardo Romano-Leonid Qritsay cütlüyü Norveçdən olan duetlə qarşılaşacaq.

21:00-da təmsilçilərimiz Vivyan Kunya/Zinaida Lyubimova İtaliya voleybolçuları ilə qarşılaşacaqlar.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024