Mobil versiya
Dəli biznesmen Yablokov Azərbaycan vətəndaşını necə güllələdi...
Tarix: 23-03-2020 | Saat: 15:48
Bölmə:Karusel / Dünya | çapa göndər

Dəli biznesmen Yablokov Azərbaycan vətəndaşını necə güllələdi...



Xəbər verdiyimiz kimi Rusiyanın Kareliya muxtar vilayətinin inzibati paytaxtı Petrozavodskda tanınmış biznesmen Yevgeni Yablokov şəhərin imkanlı şəxslərinin məskunlaşdığı Pravda küçəsi, 44 ünvanında - elit yaşayış kompleksindəki binanın həyətində qətl hadisəsi törədib. O, neçə vaxtdır münaqişə içərisində olduğu qonşusunu-Azərbaycan vətəndaşını öldürüb.

Aia.az Rusiya mənbələrinə istinadən xəbər verir ki, 56 yaşlı iş adamı qonşusunun həyatına ov tüfəngindən atəş açmaqla son qoyub. İlkin araşdırmalar zamanı məlum olub ki, Yablokov qətl hadisəsindən üç ay öncə də elə həmin məkanda odlu silahla qəsdən adam öldürməyə cəhd edib. Lakin o zaman təsadüfən gülləsi yayınıb. Əgər hüquq-mühafizə orqanları həmin vaxt baş vermiş bu sui-qəsd hadisəsinə biganə yanaşmasaydılar, çox güman ki belə bir faciə də yaşanmazdı.

Hadisənin detallarını araşdırmaq müstəntiqlərin öhdəsinə düşür. Faciə baş verən günün ümumi xronologiyasına nəzər salsaq görərik ki, qətldən öncə iş adamı həyətdən çıxarkən qəza törədib. Günah Yablokovda olsa da “Loqona” markalı avtomobilin sürücüsünü təhdid edib, ona hədə-qorxu gəlib. Qəza Yablokovu o dərəcədə qəzəbləndirib ki, yanındakı qohumundan ona silah gətirməsini əmr edib.







Qohumu evdən silah gətirib və əsl faciə də bundan sonra baş verib. Yablokov odlu silahdan atəş açmağa başladıqda “Loqan” nın sürücüsü qaçmağa çalışıb. Lakin Yablokov ona aman verməyib. Arxasınca atəş açmağa davam edib, sürücü möcüzə nəticəsində sağ qalıb. Qətlə yetirilən qonşu isə həmin vaxt “Reno Loqan” markalı avtomobilin yanında olub. Yablokov odlu silahdan ona sarı atəş açıb. İş adamının güllələdiyi azərbaycanlı hadisə yerindəcə keçinib. Yablokov isə silahı ataraq hadisə yerindən qaçıb. Lakin polislər onu yaxalaya biliblər. Yablokovun qonşusunu nədən güllələməsi hələlik məlum deyil.

Araşdırmalar zamanı məlum olub ki, qətlə yetirilən şəxs hadisədən üç ay öncə qonşusu Yablokov tərəfindən zərər çəkib. Belə ki, ötən ilin dekabrında iş adamı qonşulardan birini döyüb, həyətin ortasında odlu silahdan ətrafa güllələr yağdırıb. Həmin vaxt biznesmenin qonşusu da silahdan , onun üç ay sonra öldürəcəyi şəxsə atəş açmağa başlayıb. Zərərçəkmiş göz nahiyyəsindən xəsarət alıb. Münaqişə müşahidə kameralarında əks olunub. Video görüntülərdə bir nəfər silahı tuşlayır, üç ay sonra öldürüləcək şəxs isə əllərini yuxarı qaldırır. Məhz həmin şəxs martın 18-də odlu silahla qətlə yetirilir.



Bina sakinlərinin sözlərinə görə, Yablokov daim qonşularla münaqişə yaradıb. Sonuncu dava-dalaş və atışmadan sonra biznesmen tərəfindən döyülən qonşu polisə şikayət edib. Lakin hüquq-mühafizə orqanları baş verənlərə biganə yanaşıb. Hətta faktla bağlı cinayət işi belə qaldırılmayıb.

“Biz polisə videogörüntüləri təqdim etdik. Orada odlu silah, çoxsaylı şahidlərin olması açıq-aydın görünür. Bir nəfəri güllələyirlər. Müdafiə etdiyim şəxsin göz yanığı xəsarəti alması ilə bağlı arayış da var. Silahlı şəxsin əlindəkinin qaz tapançası olması istisna edilmir”- zərərçəkmişin hüquqlarını müdafiə edən şəxs belə deyib.

Hüquqşünas D.Yefimovun sözlərinə görə, Yablokov saxlanılmayıb, onun silahını almayıblar. Faktla bağlı cinayət işi qaldırmaqdan imtina ediblər. Hüquq-mühafizə orqanları belə hesab ediblər ki, hadisə zamanı qaz tapançasından atəş açılıb, bu isə o qədər də qorxulu deyil. Amma videogörüntülərdə odlu silahdan atəş açılması da açıq-aydın görsənir. Sadəcə olaraq güllə heç kimə dəyməyib.

Qətl hadisəsindən sonra Yablokovun evindən çoxlu sayda silah-sursat tapılıb və müsadirə edilib. Deyilənlərə görə, silahlar o qədər çox olub ki, İstintaq Komitəsindəki otağın bir küncünü tutub.

Hüquqşünas D.Yefimovun prokurorluğa ünvanlandığı etiraz ərizəsindən sonra cinayət işi başlanılıb. Silahlı insidentə görə iş adamını 30 min rubl cərimə, 15 sutkalıq həbs cəzası və yaxud 120 saatlıq məcburi əməyə cəlb olunma gözləyib. Həmin ərəfədə isə məlum qətl hadisəsi baş verib.

“Üç ay əvvəl polis o silahları Yablokovdan götürə bilərdi. Çünki hadisə zamanı silah tətbiq edilməsi ilə bağlı polisdə kifayət qədər məlumat var idi. Əgər bu sadəcə dava olsaydı, başa düşmək olardı. Bu isə təkcə dava deyil, silahlı atışmadır. Əgər vaxtında ölçü götürülsəydi, faciədən qaçmaq mümkün olardı” - hüquqşünas D.Yefimov belə deyib.

İş adamının qonşuları Yablokovun evdə mütəmadi olaraq qışqır-bağır saldığını, qonşularla münaqişə yaratdığını, binaya gələn ümumi su xəttini bağladığını, hətta bir dəfə həyətdəki müşahidə kamerasını qırdığını deyiblər. Bir sözlə, biznesmen münaqişəyə meylli şəxs olub.

56 yaşlı Y. Yablokov Petrozavodskdakı “İnkom”MMC və “Zastroyşik” MMC-nin təsisçisi və direktorudur. Həmçinin, daşınmaz əmlakların icarəyə verilməsi ilə də məşğul olub.

Vaxtilə Kareliya hökuməti Yablokova məxsus müəssisələrə dəstək göstərib. Yablokovu tanıyanlar onun səbrsiz, çox qəzəbli insan olduğunu deyirlər. Hətta sosial şəbəkə istifadəçiləri onun haqqında “dəli “ olmasını yazırlar.

Budur, Yablokov haqqında sosial şəbəkələrdə insanlar yazır:

-Onun dəli olması çoxdan hamıya məlumdur;

-Hələ 90-cı illərdə ticarət mağazasının direktoru işləyəndə dəli kimi öz işçilərin üstünə bağırırdı;

-O, "Doyçe Motors” da işləyəndə də orada çalışanlara, müştərilərə, kassadakı qızların üstünə qışqırırdı, hər ay ödəniş üçün gələnlər bunun şahidi olurdular;

Müəmmalıdır, bu cür səbrsiz və təmkinsiz bir şəxs odlu silah üçün lisenziyanı necə ala bilib?

Günahkarların cəzalandırılacağına ümid edirik...

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024