Mobil versiya
Elman Nəsirov: "Sual vermirlər ki, xalq bizə niyə etimad göstərmir?"
Tarix: 14-02-2020 | Saat: 09:44
Bölmə:Karusel / Siyasət | çapa göndər

Elman Nəsirov:


“Əvvəla, onu deyim ki, bu gözlənilən idi. Dəfələrlə biz şahidi olmuşuq ki, müxalifət özlərinin total uğursuzluqlarının kökünü heç zaman özlərinin fəaliyyətsizliyində görmürlər. Heç bir özlərinə sual vermirlər ki, niyə uğursuzuq, niyə xalq bizə etimad göstərmir. Bu sualların cavabını belə axtarmaq istəmirlər. Yaxşı bilirlər ki, ölkədəki bu inkişafın, sabitliyin, əmin-amanlığın, təhlükəsizlik mühitinin əsasında cənab prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, onun müəyyənləşdirdiyi islahatlar kursu dayanır. Cənab prezidentin istənilən təşəbbüsü xalq tərəfindən dəstəklənir".

aia.az-ın xəbərinə görə, bunu V çağırış Milli Məclisin YAP-çı deputatı Elman Nəsirov deyib.

E.Nəsirov qeyd edib ki, 9 fevraldakı növbədənkənar parlament seçkilərinin nəticələrinə görə Yeni Azərbaycan Partiyasının 72 namizədi seçkidə liderdir: "Yeri gəlmişkən, deyim ki, 2015-ci ildəki seçkilərdən daha üstün nəticədir. Belə olan vəziyyətdə hesab edirəm ki, bütün bunlar Yeni Azərbaycan Partiyasının qələbəsini şərtləndirir. Bu qələbədə heç şübhəsiz ki, ölkə başçısının uğurlu daxili və xarici siyasəti mühüm rol oynayır. Seçkilərdə məğlubiyyət yaşayan, xalqın etimadını qazanmayan müxalifət artıq ”günah keçisi" axtarışına çıxıb. İşləri-gücləri ancaq kimisə ittiham etməkdir. Bu müxalifəti gələcəkdə də daha ciddi, böyük məğlubiyyətlər gözləyir. Nə qədər ki, uğursuzluqların səbəblərini axtarmırsan, bundan nəticə çıxarmırsan, belə şəraitdə yeni-yeni məğlubiyyətlər seriyası səni gözləyir. Bu hər kəsə-insanlara da, müxalifətə də, dövlətlərə də aiddir. Xalqın etimadını qazanmayan bu qruplaşmalar beynəlxalq aləmdə özlərinə havadarlar tapmağa çalışırlar. Çalışırlar ki, beynəlxalq aləmdən dəstək alsınlar. Bu dəstək də daha çox maliyyə vəsaitləri verməklə olur. Dəfələrlə biz bu kimi halların şahidi olmuşuq. İndi canfəşanlıq edib, siyasi şou yaratmağa çalışırlar. Bunların heç bir nəticəsi olmayacaq. Azərbaycan demokratik inkişaf yolu seçmiş bir dövlətdir. Son seçkilər də bunun nəticəsi idi. Bu seçkilər qızğın rəqabət halında keçdi. 1300-dən çox namizəd iştirak etdi. Müxalifətin 16 fevralına mitinqinə icazə verilib. Amma onlar şəhərin mərkəzində mitinq keçirmək istəyirlər. Bu da qanunvericiliyin tələblərinə ziddir. Çünki ora insanların, nəqliyyatın sıx olduğu ərazidir. Müxalifət indi mitinqlərdən daha çox taktikalarını dəyişmək barədə düşünməlidirlər. Biz xalq etimadını qazana bilmirik, necə edək ki, xalq müəyyən dərəcədə zəif olsa da, bizə etimad göstərsin. Onlar hələ də köhnə düşüncə ilə yaşayırlar"."Yeni Müsavat"

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024