Mobil versiya
Mikayıl Cabbarov: “Büdcəyə daha çox vəsait təmin etməyi bacarmışıq”
Tarix: 08-05-2019 | Saat: 14:02
Bölmə:Manşet / Gündəm | çapa göndər

Mikayıl Cabbarov:



“2019-cu ilin ilkin nəticələrinə görə, yanvarın 1-dən qüvvəyə minmiş vergi dəyişiklikləri istədiyimiz nəticələri verməkdədir”.


Modern.az-ın məlumatına görə, bunu İctimai Televiziyanın “Diqqət mərkəzi” verilişində vergilər naziri Mikayıl Cabbarov bildirib.

“Bu ilin ilk 4 ayında vergi proqnoz-tapşırığı uğurla icra edilib”.


Nazir qeyd edib ki, 2019-cu illin ilk 4 ayında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə edilən mədaxillər plan-proqnozdan daha yüksək olub:
“Həm neft, həm də qeyri-neft sektorundan büdcəyə ödənilən vergilərin həcmi həm 2018-ci ilin eyni dövrü ilə müqayisədə, həm də plan-proqnozdan daha yüksək olub. Biz I rübdə dövlət büdcəsinə vergi proqnozlarından 10,4% daha çox vəsait təmin etməyi bacarmışıq. Ötən ilə nisbətən bu rəqəm 16,5% təşkil edirdi. Aprel ayında da bu dinamika qorunub saxlanılıb. Artımlar müvafiq olaraq 111% və 18%-dir”.
M.Cabbarov deyib ki, islahatların ilkin nəticələrini müşahidə etməkdəyik:
“Sevindirici hal ondan ibarətdir ki, müsbət tendensiya vergi ödəyicilərilə nazirlik arasında münasibətlərdə də öz əksini tapır”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024