Mobil versiya
Azərbaycan – Almaniya münasibətləri yüksək inkişaf mərhələsindədir.
Tarix: 26-04-2024 | Saat: 10:55
Bölmə:Özəl | çapa göndər

Azərbaycan – Almaniya  münasibətləri  yüksək  inkişaf mərhələsindədir.

Milli adət-ənənələri,mental dəyərləri, dostluğa sədaqəti xalqımızın ən yüksək keyfiyyətlərindəndir. Bu gün də məhz belə müsbət xarakterlərə malik olmamız, etibarlı tərəfdaş kimi Azərbaycanın yerləşdiyi coğrafi məkan istər region, istərsə də digər xarici dövlətlərlə əlaqələrimizin inkişafında öz sözünü deyir. Belə ki, şərqlə qərbin qovuşağında yerləşən Azərbaycan iştirakşısı və təşəbbüsçüsü olduğu enerji layihələri ilə müxtəlif ölkələri, xalqları birləşdirir, dünyaya birlik, əməkdaşlıq mesajlarını ünvanlayır. Azərbaycanın xarici siyasətinin çoxşaxəliliyi ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin inkişafında özünü qabarıq şəkildə nümayiş etdirir.

Prezident İlham Əliyevin Avropa İttifaqı ölkələri ilə, xüsusilə də Avropanın ən inkişaf etmiş ölkəsi olan Almaniya ilə səmimi dostluq münasibətlərinə əsaslanan qarşılıqlı əməkdaşlığı intensivləşdirməsi respublikamızın etibarlı tərəfdaş kimi mövqeyinin daha da möhkəmlənməsinə səbəb olub. Növbəti inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan-Almaniya münasibətləri son illərdə siyasi-iqtisadi mahiyyət kəsb etməklə yanaşı, humantiar, sosial, elm, təhsil, səhiyyə, idman, turizm, infrastruktur sahələrini əhatə edərək əməkdaşlığın dinamizmini daha da sürətləndirib. Tərəflər arasında sıx təmasların geniş xarakter alması ikitərəfli əlaqələrlə bərabər, Avropa strukturları çərçivəsində əməkdaşlığın miqyasına da öz müsbət təsirini göstərib.

Bu baxımdan Almaniya Federativ Respublikası Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Ötən 30 il ərzində iki ölkə arasında münasibətlər müxtəlif sahələrdə inkişaf edib. Maliyyə və enerji sahəsində olduğu kimi mədəniyyət, humanitar sahələrində də əlaqələrimizin böyük potensialı var. Bütün bunlarla yanaşı hər iki ölkə arasında qarşılıqlı səfərlər xarici siyasətimizin əsas istiqamətlərindən biri olan ikitərəfli əlaqələrin inkişafında öz sözünü deyir. Bu səfərlər, eyni zamanda, hər bir ölkənin malik olduğu imkanların, əlaqələrin inkişafına hansı səviyyədə töhfələr vermək istəklərinin təqdimatıdır. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun dəvəti ilə cari ilin mart ayında Almaniya Federativ Respublikasına işgüzar səfəri etibarlı tərəfdaşlığının hərtərəfli və yüksələn xətlə inkişafının əyani göstəricisidir.

Bu gün Avropanın şərqində artıq bir ildən çoxdur ki, davam edən müharibənin fəsadları özünü yalnız enerji böhranında göstərmir. Eyni zamanda Rusiya-Ukrayna müharibəsi Azərbaycanın nəqliyyat infrastrukturuna da tələbatı artırır. Mətbuat konfransı zamanı müharibənin fəsadlarından danışan Ölkə başçısı qeyd etmişdir: “Rusiya-Ukrayna müharibəsi başlayandan sonra bizə qaz təchizatı və ya mövcud qaz təchizatının artırılması ilə bağlı 10-dan çox Avropa ölkəsindən müraciət olunub. Biz tərəfdaşlarımızın ehtiyaclarını qarşılamaq üçün hər şeyi edirik. Bizim qaz təchizatımızın artıq kifayət qədər şaxələndirilmiş coğrafiyası var”.

Ümumilikdə, Ölkə başçısının Almaniyada keçirdiyi görüşlər ikitərəfli iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Nəzərə alsaq ki, hər iki ölkə malik olduğu iqtisadi imkanlarını təqdim etməklə yeni hədəflərə zamanında nail olmaq üçün səylərini artırır əminlikdə demək olar ki, Ölkə rəhbəri cənab İlham Əliyevin Almaniyaya səfəri zamanı keçirilən görüşlər, aparılan danışıqlar nəticəsində Azərbaycanla Almaniya arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyur, bir sıra sahələrdə əməkdaşlıq əlaqələrinin qurulması və genişləndirilməsi üçün əlverişli imkanlar yaranır. Bir sözlə, Ölkə başçısı cənab İlham Əliyevin Almaniya Federativ Respublikasına işgüzar səfəri mövcud əlaqələrin bundan sonra daha sürətli inkişafına mühüm töhfə verəcəkdir.

Müstəqil Azərbaycan bu gün öz siyasi , iqtisadi inkişafı ilə Avropanın və hətta dünya dövlətlərinin maraqlarını özünə yönəldə bilib. Bütün bu kimi uğurlarımız Ulu Öndər Heydər Əliyevin , onun siyasi varisi Prezident İlham Əliyev cənablarının düzgün xətt üzrə aparılan idarəçiliyinin bəhrəsidir.

Məhəmməd Əliyev
YAP Cəbrayıl rayon təşkilatının sədr müavini




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-05-2024